Uncategorized

İrəvanda bayrağı yandırana heykəl qoyulsa, təəccüblənməyin – SENSASİON DETALLAR

Ermənistanda beynəlxalq tədbir zamanı Azərbaycan bayrağı ilə bağlı yaşanan rəzalət aktuallığını qoruyub saxlayır. Baş verən insidentin hələ də ciddi beynəlxalq təpki ilə üzləşmədiyi narahatlıq doğurmaqdadır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Təqdirəlayiq haldır ki, qardaş Türkiyə mediası baş verənlərə ilk gündən sərt reaksiya göstərib, insidenti pislədi. Dərc olunan növbəti materiallardan birində bu insidenti törədənin arxasında məhz erməni hakimiyyətinin durduğu vurğulanır.  

“Bunu edən dəli və ya fanatik deyildi. Ermənistanda məşhur modelyer Aram Nikolyan idi. O, həbs olunubmu? Yox. O cəzalandırılacaqmı? Görərik. Ermənilər, amerikalılar və fransızlar onun heykəlini qoyacaqlar? Bunu da görəcəyik. Avropa Ağır Atletika Federasiyasından (EWF) xəbər yoxdur. Ermənistanı cəzalandıracaqmı? Əgər belədirsə, hansı cəza veriləcək? Aram Nikolyan Ermənistanda qəhrəman oldu. Onun açıqlamaları Ermənistanın bütün xəbər kanallarındadır. İrəvanda Azərbaycan bayrağının dalğalanmasına icazə verilə bilməz. Ermənistan İdman Nazirliyi də Azərbaycan idmançılarının həyat təhlükəsizliyi üçün bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü iddia edib. Podiumda səlahiyyətlinin əlindəki bayrağı qoruya bilmirlər, kürsüdə olan idmançını necə qoruyacaqlar? Bayraq yandıranları qəhrəman kimi tərifləyirlər, kim bilir Azərbaycan idmançısına hücum edəni necə ucaldırlar!”. Bu sözlər Türkiyənin nüfuzlu “Aydınlık” qəzetində dərc olunan məqalədəndir.

Qeyd olunur ki, Türkiyədə belə bir hadisə baş versəydi, təhlükəsizlik zəifliyinə görə çempionat təxirə salınacaqdı. Beynəlxalq Ağır Atletika Federasiyası – EWF-nin Ermənistana tətbiq edəcəyi cəza vacibdir. Ermənistana heç bir çəkindirici cəza verilməzsə, gələn il Antalyada keçiriləcək ağır atletika üzrə Avropa çempionatında eyni hadisənin qarşısı necə alına bilər? Ermənistan bu hadisəyə görə layiq olduğu cəzanı almalıdır. Buna görə də EWF-nin qərarı vacibdir!

Müəllif bildirir ki, bir neçə həftə öncə Milli Futbol Komandamızın İrəvanda keçirdiyi oyunda Nemesis pankartları açılmışdı. xatırladılır ki, 2020-ci ildə sosial mediada irqçi mesajlar yayımladığına görə Azərbaycanın “Qarabağ” klubunu cəzalandıran UEFA Ermənistanı qətli təhrik edən Nemesis pankartı üçün cəzalandırmalıdır. EWF də Ermənistanı Azərbaycan bayrağını yandırdığına görə cəzalandırmalıdır. 

Azər Nuriyev
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button