Uncategorized

İran MÜHARİBƏ “BOMBASINI” Zəngəzurda qurdu – İslam dünyasının DÜŞMƏNİ KİMDİR?

“Görünən odur ki, İran tərəfi gərginliyin azaldılmasına, eskalasiyanın aradan qaldırılmasına çalışmır. Tam tərsinə, bölgədə gərginliyi, xüsusilə də Azərbaycanla münasibətdə gərginliyi artırmağa çalışır”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, İran Azərbaycana qarşı təxribatlarını legitimləşdirmək istəyindədir:

“Adətən dövlətlər parlamentə hansısa bir siyasi fəaliyyəti legitimləşdirmək üçün müraciət edirlər. Məsələn, demokratik ölkələrdə bu, öncədən baş verib. Deyək ki, ABŞ-a hər hansı qanun layihəsi Konqresə təqdim olunur və yaxud Türkiyə, hətta Azərbaycanın özünün razılığı ilə belə Azərbaycan ərazisinə müşahidəçi göndərmək üçün Parlamentdə qərar qəbul etdirmişdi.

Hətta demokratik sistemlərin normal işləmədiyi ölkələrdə belə öz addımlarını legitimləşdirmək cəhdləri hiss olunur. Məsələn deyək ki, Rusiya sülhməramlılarının həmin dövrdəki vaxt azlığını nəzərə alaraq Qarabağa birbaşa göndərdi, amma onun üzərindən bir neçə müddət keçəndən sonra onu Dumada legitimləşdirdi. 

İranın da hazırda bu addımı əslində Azərbaycana qarşı aqressiyanı, Azərbaycana qarşı düşmənçilik münasibəti, Azərbaycana qarşı törəyici təxriblatları legitimləşdirmək hədəfi daşıyır. Yəni parlamentdə açıq şəkildə Azərbaycanı İslam dövlətlərinin sırasından uzaqlaşdırılması, Azərbaycanın yenidən İslam dövlətləri sırasına qayıtmasının tələb edilməsi, Azərbaycanın “sionist rejim”dən uzaq durmasının tələb edilməsi və s., eyni zamanda Fələstində tökülən qanlara görə Azərbaycanın cavabdehlik daşımasını bildirmək, bütün bunlar hamısı birbaşa Azərbaycanın üzərinə məsuliyyət yükləməkdir. Gələcəkdə bu parlamentin qəbul etdiyi qətnamənin fərqli şəkildə Azərbaycan əleyhinə istifadəsini görürük. 

İranın burada iddiları yerində deyil, əsassız iddialar irəli sürür. İsraillə münasibət qurmaq necə və hansı şəkildə İslam əməkdaşlıq Təşkilatına və müsəlman dünyasına qarşı çıxış ola bilər?! Elə həmin müsəlman dünyasının üzvləri olan Türkiyənin və Misirin İsraildə səfirlikləri var. Deyək, Ərəb ölkələri pandemiya dövründə “İbrahim akkordları” vasitəsilə Səudiyyə Ərəbistanı, BƏƏ olsun, Bəhreyn, Küveyt və s. açıq və yaxud gizli şəkildə səfirliklər, nümayəndəliklər açdılar, ən azından diplomatik münasibətləri bərpa etdilər və yaxud gizli də olsa tərəflər arasında görüşlər keçirilməyə başladı.

Artıq bir çox ölkələrin, məsələn Ərəb dünyasının əsas siyasi lideri olan Səudiyyə Ərəbistanının, Ərəb dünyasının beyni, texnoloji lideri sayılan Birləşmiş Ərəb Əmirlikləri, eyni zamanda ərəb dünyasının ən böyük ordusuna malik olan Yəməndə də husilərə qarşı əməliyyatlarda istər aviasiya kimi, istər əsgər kimi iştirak edən Misir öz təhlükəsizlik arxitekturasını belə İsraillə müəyyənləşdirir, İsraillə birlikdə həyata keçirir. 

Belə olan halda necə Azərbaycanın İsraildə nümayəndəlik açmasını Böyük İslam Dünyasına dümənçilik kimi qiymətləndirmək olar?

Hətta Türkiyə belə öz səfirini İsrailə qaytardı. Amma tam əksinə, İran Qafanda konsulluq açmaqla Azərbaycana qarşı düşməncəsinə addım atdı. Çünki sırf Qafandakı konsulluq Azərbaycanla sərhəddin bir neçə km-də Azərbaycana mesaj idi ki, Azərbaycan Zəngəzurla bağlı hər hansı bir addım atarsa, bu, irana Azərbaycanla müharibə etmək lüzumu verir.

Yəni əslində Qafandakı konsulluq səbəb yaradırdı ki, Azərbaycan Zəngəzura nə vaxtsa daxil olsa, Qafandakı konsulluğa hücumu bəhanə gətirib, İran Azərbaycana qarşı müharibə elan etsin. Həmin ərəfədə də yenə Azərbaycan və Naxçıvan MR sərhədlərində dəfələrlə hərbi təlimlər oldu. 

İran bu məsələdə heç bir ədalət prinsipi gözləmədi. Yəni iran demədi ki, “mən Qafanda konsulluq açıram, bunun əvəzində də Azərbaycana təklif edirəm ki, Təbrizdə konsulluq açsın. Paralellik, ədalət prinsiplərini gözləyirəm və Azərbaycana təklif edirəm ki, Urmudamı, Həmədandamı, Zəncandamı, Qəavindəmi, Ərdəbildəmi, hansısa bir şəhərdə yeni bir konsulluq açsın”.

İran bunların heç birini etmədi. İran Qafanda konsulluq açdı, Azərbaycana gözdağı verməyə çalışdı. Ancaq Azərbaycan İsrail məsələsində yenə də ədalət gözlədi: Azərbaycan İsraildə səfirlik açdı, eyni vaxtda Fələstində nümayəndəlik açdı. Azərbaycan XİN başçısı İsrailə səfər etdi, getdi Təl-Əvivdə səfirlik binasının açılışını etdi, daha sonra getdi Fələstində Ramallahda nümayəndəliyin açılışında çıxış etdi və fələstinli həmkarı ilə görüşdü. 

Baxıram, Fələstin rəhbərliyi orada bizim nümayəndəliyə yer ayırmaqdan çox da razı görünür. XİN rəhbəri Ceyhun Bayramovu necə qarşıladılar, gülər üzlə bütün səfər boyu ona qarşı ehtiram ifadə etdilər. Yaxşı, bu məsələdə Fələstin razıdırsa, etiraz etmirsə, Fələstin Azərbaycanla münasibətləri normal saxlayırsa, burada İrana nə düşüb ki, İran Fələstin adından Azərbaycanı ittiham edir. Gülünc mənzərə yaranır.

Bu, əslində tamamilə İranın Azərbaycana qarşı əlində real bir dəlilin, faktın olmadığını, məhz buna görə də Parlament səviyyəsində Azərbaycana qarşı hər hansı bir yeni iddianı legitimləşdirməyə çalşdığını göstərir”. 

Qeyd edək ki, ️İran İslam Əməkdaşlıq Təşkilatını (İƏT) fövqəladə iclas keçirməyə çağırıb. İran parlamenti İƏT-i və müsəlman dünyasını Azərbaycana qarşı çıxış etməyə səsləyib. Məsələnin artıq hansısa siyasətçilər tərəfindən deyil, parlament institutu tərəfindən qabardılması ciddi hadisədir.

Təhməz Əsədov
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button