Uncategorized

İran XİN: Azərbaycandakı səfiri dəyişmək planımız yoxdur

İranın gündəliyində Azərbaycandakı səfiri dəyişmək haqda hər hansı planı yoxdur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün (10 aprel) Tehranda keçirdiyi mətbuat konfransında deyib.

N.Kənaninin sözlərinə görə, Xarici İşlər Nazirliyində diplomatik nümayəndələrin dəyişilməsi normal bir prosesdir. Lakin Azərbaycanla əlaqədar bu haqda yeni qərar yoxdur.

Kənani əlavə edib ki, İran Azərbaycanla arasındakı gərginliyin danışıqlar yolu ilə həllinə inanır.

Qeyd edək ki, 7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button