Uncategorized

İranla Azərbaycan gərginliyi münaqişəyə çevrilə bilər? – Tehranı bu addımı atmaqdan çəkindirəcək ƏSAS SƏBƏB

Fars molla rejimi ilə Azərbaycan arasında yaşanan son gərginliyin artaraq müharibəyə çevrilə biləcəyi ehtimalları səngimir. Türkiyədə nəşr olunan və Qərbin müəyyən dairələrinə yaxın olan “Evrensel” qəzeti İranın Cənubi Qafqaza hərbi müdaxilə edə biləcəyi iddialarını araşdırıb. Müəllif yazır ki, İranla onun şimal qonşusu Azərbaycan arasında gərginlik aylardır yüksək səviyyədədir və münaqişə riski artmaqdadır. Gərginliyin İranın Cənubi Qafqaza hərbi müdaxilə edə biləcəyi iddialarını gücləndirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Xatırladılır ki, ötən ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə hücuma görə, rəsmi Bakı qarşı tərəfi günahlandırdı. Ardınca da rəsmi Bakı İsraildə Azərbaycan səfirliyini açdı, dörd iranlı diplomat Bakıdan deport etdi. Ötən həftə İsrailin xarici işlər naziri Eli Koen Türkmənistanda İsrailin ilk səfirliyini açmaq barədə bəyanatı İranda ciddi narahatçılıq doğurub.

Müəllif qeyd edir ki, İkinci Qarabağ müharibəsi və onun nəticəsi Tehranda ciddi narahatçılıq doğurdu, İran ordusunu sərhəddə hazır vəziyyətdə saxladı. Ermənistanla əməkdaşlığı genişləndirərək Qafanda konsulluq acdı. Zəngəzur dəhlizinə qarşı çıxan İran Cənubi Qafqazda “hər hansı coğrafi dəyişikliyin” əleyhinə olduğunu bir daha bəyan edib. Bu və digər məsələləri analiz edən Middle East Eye (MEE) xəbər saytı Tehranın Bakıya qarşı gücdən istifadə etməsi ilə bağlı bəzi ssenarilər irəli sürür. İran Türkiyədən Türkmənistana qədər uzana biləcək “əsl türk dəhlizi”nin yaradılmasını təhlükə hesab edir. İranlı ekspert Məhəmməd Ayətullahi Tabaar də hesab edir ki, İran Zəngəzur dəhlizinin yaradılmasına qarşı olduğunu dəfələrlə qeyd edib.

Vaşinqtonda fəaliyyət göstərən digər bir ekspert Fərzin Nadimi də İranın Azərbaycana qarşı hərbi müdaxilə edə biləcəyi ssenarilərini irəli sürür. Nədimi deyib ki, “İranın aydın gündəmi var – Ermənistandan tranzit yollar olmamalıdır. İran Azərbaycan sərhədinə əsgər və ağır texnika göndərməklə bunun qarşısını almağa çalışacaq. Azərbaycan ordusu İran ordusundan xeyli az olsa da, İsrail və Türkiyədən alınan qabaqcıl hərbi texnikaya malikdir”, deyə müəllif bəyan edib. İranı bu addımı çəkindirəcək ən ciddi səbəb sözsüz ki, Azərbaycan-Türkiyə strateji münasibətləridir. Eyni zamanda İranın Cənubi Qafqaza hərbi müdaxiləsi Qərbin bölgədə marağı olan dövlətləri – Böyük Britaniya, ABŞ, İsraili də cavab addımları atmağa vadar edə bilər. Bu səbəbdən də hər hansı bir hərbi müdaxilə mümkünsüz görünür.


Azər Nuriyev
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button