Uncategorized

İsmayıllı-Qəbələ yolunun tikintisi zamanı ekologiyaya minimal zərər dəyib

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması istər bölgədə turizmin inkişafı baxımından, istərsə də əhalinin rahat və təhlükəsiz yol infrastrukturuna malik olması ilə nöqteyi-nəzərdən çox mühümdür.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Muğannı-İsmayıllı-Qəbələ yoluna mediatur zamanı jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O bildirib ki, yolun tikintisi zamanı ekologiyaya minimal zərər dəyməsi qaçılmaz olub: “İstənilən layihənin ətraf mühitə təsiri böyükdür. Bu layihə təqdim edilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Expertiza Agentliyi tərəfindən dəfələrlə təftiş olunub. Bir neçə alternativ varianta baxılıb, ən az nisbətdə ətraf mühitə təsir edə biləcək layihəyə üstünlük verilib. Digər layihələrin ətraf mühitə daha çox təsiri nəzərdə tutulduğundan hazırkı layihəyə üstünlük verilib”.

O qeyd edib ki, bu zonada yol çəkilərkən xüsusən yaşıllıqlara dəyəcək ziyanın bərpa dəyərinin ödənilməsi, yaşıllıqların maksimum dərəcədə köçürülməsi, həm də artıq yaşıllığın salınması nəzərdə tutulur.


Xatırladaq ki, əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam edir. II texniki dərəcəyə uyğun qurulan yol layihəsinin icrası ilə, Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu səbəbdən yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər görülür. Bu çərçivədə 8 ərazidə ümumi uzunluğu 4 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam edir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button