İstanbulda AK Partiyanın bürosu qarşısında atəş açılıb

İstanbulda AK Partiyanın bürosu qarşısında atəş açılıb

İstanbulun Bahçelievler rayonunda yerlşən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) bürosu qarşısında silahla atəş açılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerli vaxtla saat 22:15-də qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, əraziyə çox sayda polis əməkdaşları cəlb edilib.

İstanbul qubernatorluğundan verilən açıqlamada motosikletdə olan iki nəfərdən birinin bürosun qarşısından keçərkən havaya 5 atəş açdığı, 4 güllənin isə binanın yuxarı mərtəbələrinə dəydiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir