Uncategorized

Lənkəranda bir ailənin 5 üzvü tortdan zəhərləndi

Lənkəranda bir ailənin 5 üzvü qidadan zəhərlənib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, zəhərlənmə rayonun Şovu kəndində baş verib. Ailənin gəlini – 1983-cü il təvəllüdlü Marifə Adıgözəl qızı Babayeva 3 gün öncə bazardan aldığı ərzaqla tort bişirib. Bu gün ailə üzvləri səhər yeməyində 3 gün öncə bişirilən tortdan yeyiblər. Onla bir müddətdən sonra özlərini pis hiss ediblər. Günorta saatlarında təcili tibbi yardım avtomobili ilə ailə üzvləri – Marifə Babayeva, 1990-cı il təvəllüdlü Zamin Səfaddin oğlu Babayev, 1959-cu il təvəllüdlü Ənivəs Əli qızı Babayeva, eləcə də iki azyaşlı – 2016-cı il təvəllüdlü Xədicə Zamin qızı Babayeva, 2018-ci il təvəllüdlü Mətləb Zamin oğlu Babayev Lənkəran Mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Onlara qida zəhərlənməsi diaqnozu qoyulub və lazımı tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Hazırda onların hər birinin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button