Ölkə
Maşının üzərindəki texnika yola aşdı
Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, DİN-in Nəqliyyatı İntellektual İdarərtmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun