Uncategorized

Paşinyanın oğluna “Atana salam verərsən” deyib şillə vurdular

Bir az əvvəl “Andranik” metrostansiyasında bir nəfər Aşot Paşinyana (Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu – red.) şillə vurub. Növbəti stansiyada polis vətəndaşı naməlum istiqamətə aparıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə Qagik Asatryan Feysbuk səhifəsində yazıb.

“Şahidlərin bildirdiyinə görə, vətəndaş Aşota “Atana salam verərsən” deyib, daha sonra ona şillə vurub. Aşotik iki qızla birlikdə olub”, – o yazıb.

Hüquq müdafiəçisi Ruben Melikyan isə yazıb ki, məlumat təsdiqlənsə, vətəndaşı tək buraxmaq olmaz:

“Ola bilər ki, onu Erebuni şöbəsinə aparılıblar”.

Qeyd edək ki, bir müddət əvvəl müharibədə ölən əsgər anası Aşot Paşinyanı oğurlamağa cəhddə şübhəli bilinərək saxlanılmışdı. Hazırda istintaq gedir.

Milli.Az 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button