Uncategorized

Qərb Qafqazla birbaşa əlaqə qurur- Möhtəşəm LAYİHƏNİN TƏFƏRRÜATLARI

Brüssel administrasiyası Rusiyadan asılılığı azaltmaq və Çinə alternativ olmaq üçün hərəkətə keçib. Qərb mediası bu irimiqyaslı layihənin təfərrüatlarını əldə edib. Avropa İttifaqı (Aİ) bu plana Qara dənizdə internet kabel xətti çəkməklə başlamaq niyyətindədir. 45 milyon avro dəyərində olan kabel Avropa İttifaqına üzv dövlətləri Qara dənizdəki beynəlxalq sular vasitəsilə Qafqaza birləşdirəcək. Bu, 1100 kilometr məsafəyə yaxındır. Mövzu ilə bağlı sənəddə Avropa Komissiyası layihənin bölgənin “Rusiya üzərindən yerüstü fiber optik keçiddən asılılığını” azaltmaq məqsədi daşıdığını bildirib. “Financial Times”ın məlumatına görə, “Aİ və Gürcüstan 2021-ci ildə Gürcüstanın rəqəmsal əlaqəsini yaxşılaşdırmaq üçün Qara dəniz internet kabelinə ehtiyacı birgə müəyyən ediblər. Ukraynadakı müharibədən sonra layihə geniş vüsət alıb”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Yerüstü xətlərin və sualtı kabellərin yerləşdiyi stansiyalar hökumətlər, hakerlər və oğrular tərəfindən qaçırılmaya qarşı həssas sayılır. İnternet kabelləri casusluqla bağlı qlobal narahatlıqlara görə diqqət mərkəzindədir. Qara dəniz internet kabeli layihəsi Avropa Komissiyasının “Qlobal Gateway” təşəbbüsünün bir hissəsidir. O, inkişaf etməkdə olan ölkələrə Çinin “Kəmər və Yol” və “Rəqəmsal İpək Yolu” təşəbbüsləri kimi tanınan dünya miqyasında geniş fiziki və rəqəmsal infrastruktur maliyyələşdirməsinə alternativ təklif etmək məqsədi daşıyır.

Avropa İnvestisiya Bankı 45 milyon avroluq layihənin 20 milyon avrosunu qrant kimi təklif edib. Layihə hazırda texniki-iqtisadi qiymətləndirmə mərhələsindədir. Aİ həmçinin blokun “təchizat təhlükəsizliyini” gücləndirmək üçün Qara dənizin dibi ilə Macarıstan və Rumıniyanı Gürcüstan və Azərbaycana birləşdirən ayrıca elektrik kabeli çəkməyi planlaşdırır.

Azər
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button