Ölkə

Qarabağ sakinlərinə bu xidmət davamlı olacaq

Qarabağ və Şərqi Zəngəzurda digər zəruri həyat sahələri ilə yanaşı, eyni zamanda, tibb xidmətlərinin təşkili sahəsində də intensiv işlər həyata keçirilir. TƏBİB digər səhiyyə qurumları ilə birlikdə bu ərazilərdə tibbi xidmətlərin təminini reallaşdırır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova jurnalistlərə müsahibəsində bildirib.

O deyib ki, hazırda Qarabağda məskunlaşan, o cümlədən quruculuq işləri aparan şəxslərə tibbi xidmət göstərilir.

“Azad edilmiş ərazilərə köçürülən əhalinin tibbi müayinələrinin aparılması intensiv olaraq davam etdirilir. Həmin müayinələr onların mövcud xəstəlikləri varsa, erkən müayinə olunması və zəruri yardım göstərilməsinə hədəflənib. İndiyə kimi Ağalıya, Laçına, Füzuliyə köçürülən sakinlərin tibbi müayinəsini təşkil etmişik və bu, davamlı olaraq aparılacaq.

Qeyd edək ki, Şuşa modul tipli xəstəxanası uğurlu formada fəaliyyətini davam etdirir. Eyni zamanda, Laçında, Hadrutda, Ağalıda bizim ailə sağlamliq mərkəzlərimiz fəaliyyət göstərir. Həmin sağlamlıq mərkəzləri peşəkar həkim, tibb personalı, o cümlədən tibbi avadanlıq və cihaz baxımından ən müasir formada təsis olunub”, – deyə Z.Ədilova bildirib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button