Uncategorized

Sofiyada “Həmrəylik halqası”yla Azərbaycan qazının tədarükünə dair memorandum imzalanıb

Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), “FRGZ” (Macarıstan), “EURSTREAM” (Slovakiya) şirkətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rozen Xristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman tərəfindən imzalanıb.

Anlaşma Memorandumu ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir.

Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın “Həmrəylik halqası” adlandırılan modernizasiya olunmuş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək.


Qeyd edək ki, sənədin imzalanması Bolqarıstan tərəfindən təklif olunub.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button