Ölkə
Sumqayıtda yol qəzası – 4 yaralı var
Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sülh prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.
“Toyota Prius” və “İsuzu” markalı avtomobillər toqquşub. Nəticədə “Prius”da olan sürücü və 3 sərnişin xəsarət alıb.
Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.
Milli.Az