Uncategorized

Türk jurnalist Şuşada Paşinyanın rəqs etdiyi yerdə qazimizlə yallı getdi – VİDEO – FOTO

İşğaldan azad olunan Azərbaycan torpaqlarında aparılan bərpa və quruculuq işləri dünya mediasının diqqət mərkəzindədir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qardaş Türkiyənin mediası bu məsələdə də liderliyi qoruyub saxlayır. Nüfuzlu xəbər portalı “Haber7” Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan hazırladığı silsilə reportajlarda şəhərdə aparılan yenidənqurma işləri, eləcə də, qəhrəman qazilərimizlə söhbət aparıb. “Haber7″nin baş redaktoru Osman Atəşli qeyd edib ki, Azərbaycan dövləti şəhərdə yaşayış sahələrinin yaradılması üçün bütün qurumlarını səfərbər edib. Şəhərin bir çox yerində tikinti işləri tam sürətlə davam edir. Görüntülərdə erməni əsgərlərinin məscidlərə ziyan vurması əksini tapıb. Zədələnmiş məscidlər, xüsusilə də tarixi Saatlı məscidi Azərbaycan dövləti tərəfindən bərpa edilir. Erməni ordusu rəssamlar və şairlər şəhəri kimi tanınan Şuşada məşhur simaların heykəllərini də zədələyib. Şuşa hökumət binasının yerləşdiyi şəhər meydanındakı tunc heykəllər güllə və raketlərlə hədəfə alınıb.

“Şuşaya üç yerdən daxil olduq”

Reportajda daha sonra mayor Elşad Təhməzovun Azərbaycan ordusunun Şuşanı işğaldan necə xilas etdiyi barədə fikirləri yer alıb. Təhməzov xüsusi təyinatlıların Şuşa döyüşü barədə bəzi təfərrüatları bölüşüb. “Düşmən Şuşadan geri çəkildi, daha sonra üç dəfə hücuma keçdi, lakin qarşısını aldıq və geri çəkilməli oldular. Xüsusi təyinatlılarımız Şuşaya 3 istiqamətdən daxil olub” deyərək, əlavə edib ki, “44 günlük döyüşdə PUA-lar bizə böyük dəstək verdi. Bu, bizə düşmən üzərində böyük üstünlük verdi”. Təhməzov açıqlamasında “PUA-lar həm bizə kəşfiyyat məlumatı verir, həm də düşməni məhv edirdi. Bu da bizim tərəqqimizi asanlaşdırdı. Eyni zamanda şəhidlərimizin daha az olmasına səbəb oldu” deyib.

“Türklərin gücünü göstərdi”

“Bir çox şəhərlər azad edildikdən sonra medallar verildi”. Açıqlamasıyla aldığı medallardan danışan qazi qardaş Türkiyəyə təşəkkürünü çatdırıb. “44 günlük zəfər döyüşündə ən böyük dəstəyi türk milləti, Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan verdi. Çox sağ olun. Onların dəstəyi sayəsində bu, biz böyük üstünlük qazandıq. Bu da bizi qürurlandırdı. Dünyaya türkün gücünü göstərdik. Qarabağdakı zəfər türk dövlətlərinin bayraq altında birlik qurmasında da üstünlük yaratdı”, – deyə qazimiz nəşrə bildirib.

Şuşaya daxil olarkən ağır artilleriyadan istifadə olunmadığını və həssas əməliyyat aparıldığını qeyd edən Təhməzov deyib: “Biz burada çox həssas əməliyyat keçirdik. Möhtərəm ali baş komandandamızın göstərişi ilə tarixi tikililər olduğundan ağır artilleriyadan istifadə etməmişik. Biz xüsusi təyinatlılar olaraq silahla əməliyyat keçirdik. Bu, müharibə tarixində xüsusi yer tutacaq bir əməliyyatdır. Böyük qayaların üstündə məskunlaşmış Şuşanı xüsusi təyinatlıların bilək gücü ilə aldıq. Şəhidlərimizi kürəyimizdə daşıdıq”.

Ən maraqlısı odur ki, türk jurnalist heyəti müsahibədən sonra müharibədən əvvəl Azərbaycana meydan oxuyan Ermənistanın baş naziri Nikol Paşinyanın halay rəqsi oynadığı ərazidə rəqs edib. Və reportajda bunu xüsusi qeyd ediblər.

Azər Nuriyev
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button