Uncategorized

Türkiyədə müxalif qüvvələr arasında savaş: İncə CHP-ni sərt tənqid etdi

Türkiyədə mayın 14-də keçiriləcək seçkilərdə prezidentliyə namizəd olan Məmləkət Partiyasının sədri Məhərrəm İncə Türkiyə müdafiə sənayesi və Azərbaycanla bağlı maraqlı açıqlamalar verib. O bildirib ki, Türkiyə pilotsuz uçuş aparatları – İHA və SİHA-larda uğur qazanır və bu şirkətin rəhbərinin kimliyi onu maraqlandırmır. “Dəstəkləyəcəyəm, dəstəkləyəcəyəm, dəstəkləyəcəyəm” – deyib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Tez-tez müxalifəti hədəfə alması ilə gündəmdə olan prezidentliyə namizəd “Millət Alyansı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlunu da sərt tənqid edib. “Türkiyə Azərbaycana kömək etdi. Bir CHP millət vəkili çıxdı, “bizim Azərbaycanda nə işimiz var” dedi. Yenə Balıkəsirdən səslənirəm. Məni prezident seçsəniz, Azərbaycana kömək etməkdə davam edəcəyəm”, – deyə bəyan edib.

“Məni prezident seçsəniz “Mavi Vətən”i müdafiə edəcəyəm.Türk əsgərlərinin Liviyada olması məni maraqlandırır. Aralıq dənizində qaz çıxır, o qazdan pay almalıyıq. Mən CHP kimi düşünmürəm. Liviya qanun layihəsinə “hə” deyirəm. Biz üçüncü yoldayıq, nə sağ, nə sol – Atatürk yolundayıq”. 

Azər
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button