Uncategorized

Türkün qürurunu göylərə qaldıran BAYRAKDAR

Sözsüz ki, son 20 ildə qardaş Türkiyənin ciddi uğurlara imza atdığı sahələrdən biri müdafiə sənayesidir. Ən müasir yeni silahları dünya bazarlarına çıxarmağa müvəffəq olan qardaş ölkənin bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rolunu qeyd etmək olar. Bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu xüsusi qeyd etmək gərəkdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu şirkətin məhsulları, yetkinliyini dünyaya sübut edən Bayraktar TB2 SİHA-lar üç ildən artıqdır ki, dünya mediasının da diqqət mərkəzindədir. Bu müasir uçuş aparatlarını artıq əksəriyyət “Türkiyə müdafiə sənayesinin flaqmanı” adlandırır. Bayraktar SİHA-ları “Ankara üçün əsl diplomatik bayraqdar” kimi vurğulayırlar. Türkiyədə istehsal olunan Bayraktar TB2 SİHA-lar döyüş meydanlarında nöqtə atış əməliyyatlarında öz sözünü deməyi bacarıb. Qısa müddətdə dünyanın bəhs etdiyi pilotsuz hava qüvvələri arasında yerini alan TB2-ləri “Ankaranın yeni təsir aləti” kimi xarakterizə edirlər.

Dünya mediası Liviya, Qarabağ və Ukraynadakı qarşıdurmalarda istifadəsi ilə məşhur olan TB2 Bayraktar pilotsuz uçuş aparatının Türkiyənin sənaye və diplomatik strategiyasının bir parçası olduğunu qeyd edir. Qeyd edilir ki, Qərb ölkələrinin müdafiə sənayesindən fərqli olaraq Türkiyə müdafiə sənayesi eyni zamanda təyyarə və pilotsuz uçuş aparatları inkişaf etdirə bilib. “Baykar Makina” tərəfindən istehsal edilən və hazırda donanmada istifadə oluna bilən TB2 versiyası olan TB3-ün mövcudluğuna da toxunmaq olar. Türkiyənin hazırladığı ilk gizli döyüş təyyarəsi olan Kızılelma ilə birlikdə türk ekosisteminin bu iki incisi TCG Anadolu və Hürjet yüngül döyüş təyyarələrini təchiz edəcək. Daha bir strateji layihə olan gələcəyin TF-X döyüş təyyarəsinin ilk sınaqlarından keçmək prosesində olduğu bildirilib.

Müdafiə sahəsində irəliləyişlə bağlı daha çox aşağıdakı fikirlər səsləndirilib: Türkiyə müdafiə sənayesinin uğurları 1974-cü ildə ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi üç illik silah embarqosundan sonra əlli il ərzində başlayan hərbi təchizatı gücləndirmək siyasətinin nəticəsidir. Ankara üçün əsl diplomatik bayraqdar olan Bayraktar SİHA Afrika və Orta Asiyada təsir alətinə çevrildi. Mərakeş, Efiopiya və Niger Toqonun sərhədlərində casusluq etmək üçün təchiz olunub. Orta Asiyada Türkiyə Rusiyanın geri çəkilməsindən faydalanır. Türkiyə SİHA-larını Azərbaycan, Qırğızıstan, Türkmənistan və Qazaxıstan alıb.  “Türkiyənin hərbi ixrac strategiyası “üçüncü yol” imicindən faydalanır”.  


2021-ci ildə Türkiyə Polşaya 24 TB2 sataraq Avropada nüfuznu artırmış olub. NATO-ya girişi Türkiyə tərəfindən əngəllənən Finlandiya da Türkiyədən SİHA ala biləcəyini eyham edib. Bildirilir ki, Moskvaya sanksiya tətbiq etməkdən imtina edən Ankara Rusiyadan karbohidrogen idxalını və bu ölkəyə çoxlu sayda məhsul ixracını davam etdirir, eyni zamanda Ukraynaya pilotsuz uçuş aparatları verir. Türkiyənin vəziyyəti “müharibə edən iki tərəf arasında vasitəçi rolunu oynamağa imkan verən balanslaşdırıcı bir hərəkət” kimi təsvir edilib.

Azər Nuriyev
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button