Uncategorized

Xəzərdə yeni nəqliyyat Dəhlizi yaradılır – Mərkəzi Asiyadan Azərbaycana uzanacaq növbəti LAYİHƏ

Mərkəzi Asiya ölkələri arasında illər uzunu hökm sürən gərgin münasibətlər artıq arxa plana keçir. Bir vaxtlar aralarında münasibətlərin gərgin olduğu dövlətlər irimiqyaslı layihələrə imza atırlar. Bu günlərdə Mərkəzi Asiyanın iki nəhəng dövləti – Tacikistan və Türkmənistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər. Yerli media xəbər verir ki, bu, prezidentlər Emoməli Rahmon və Sərdar Berdiməhəmmədov arasında Düşənbədə keçirilən danışıqların nəticəsidir. Aşqabad dostluq əlaməti olaraq Düşənbəyə Xəzər dənizinin Türkmənistan limanlarına çıxışı və birgə yeni nəqliyyat dəhlizinin yaradılmasını təklif edib. Halbuki, neçə vaxt idi ki, nəqliyyat sektorunda ölkələr arasında fikir ayrılıqları var idi. S.Berdiməhəmmədov Türkmənistan prezidenti kimi ilk dəfə Düşənbəyə səfər edib. Tacikistan yüklərinin Türkmənistan üzərindən tranzit daşımalarının genişləndirilməsi və iki ölkəni Xəzər dənizinə çıxışı ilə birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması perspektivlərinə xüsusi diqqət yetirilib. Görüşlərin yekunu olaraq 23 yeni sənəd, o cümlədən Tacikistan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə imzalanıb. Hər iki ölkənin səyləri əsas məqsədə – Asiya, Avropa, Yaxın Şərqin nəqliyyat sistemlərinin birləşməsini təmin edən güclü və müasir infrastrukturun yaradılmasına nail olmağa yönəlib. “Neytral Türkmənistan” nəşri yazır ki, Türkmənistan prezidenti Dünya Okeanına birbaşa çıxışı olmayan Mərkəzi Asiya dövlətləri dünya bazarlarına çıxmaq üçün Xəzərin şərq sahillərinin liman infrastrukturundan maksimum istifadə etməli olduqlarını dilə gətirib. Berdiməhəmmədov bildirib ki, onun ölkəsi əlverişli şərtlərlə Tacikistanın maraqları naminə Türkmənistanın Türkmənbaşı dəniz limanının imkanlarından istifadəni müzakirə etməyə hazırdır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Ekspertlər hesab edir ki, Rəhmonla Berdiməhəmmədov arasında danışıqlar zamanı Türkmənistan-Çin qaz kəmərinin D xəttinin tikintisi məsələsi müzakirə olunub ki, bu da Tacikistandan keçməlidir  Bu qaz kəməri ilə 25-30 milyard kubmetr qazın veriləcəyi gözlənilir. Təbii qaz Türkmənistandan Çinə getməlidir. Lakin Düşənbə öz öhdəliklərini yerinə yetirmədiyi üçün Aşqabad ziyana düşüb. Xatırladaq ki, bu qaz kəmərinin Tacikistan ərazisində tikintisinə dair hökumətlərarası saziş 2013-cü ilin sentyabrında imzalanıb. 2014-cü ilin mart ayında Çinin CNPC neft-qaz şirkəti Tajiktransqaz ilə müqavilə bağladı, bunun əsasında Trans-Tajik Gas Pipeline Company Ltd müştərək müəssisəsi yaradıldı, onun əsasında ümumi uzunluğu 63,3 km olan 42 dağ tuneli Tacikistanda tikiləcək. İlk tunelin tikintisi yalnız 2020-ci ildə tamamlanıb. Böyük ehtimalla bu məsələ mayın 17-18-də Sianda keçiriləcək Çin-Mərkəzi Asiya sammitində müzakirə olunacaq.

Layihənin reallaşması Azərbaycanın imkanlarını genişləndirəcək

Bu nəqliyyat dəhlizinin reallaşması Azərbaycanın imkanlarını genişləndirir. Ən əsası Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınması artacaq. Bu xəttin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin  Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salınan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti olacaq.

Azər
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button